Əlbəyaxa Biçimdə!..

Tanrımın içindəyəm,
Tanrı mənim içimdə!..
Yaşayırıq biz belə…
Əlbəyaxa biçimdə!..

Sülhə imza atmışıq,
Dünyanı qaraltmışıq!
Bir sevgi yaşatmışıq,
Əlbəyaxa biçimdə!..

Kim desə xoşbəxt mənəm,
İnanmıram içimdə…
Dil ilə ürək hər an,
Əlbəyaxa biçimdə!..

Mən Tanrımı sevirəm,
Tanrım mənim içimdə!
Nə olsun yaşayırıq,
Əlbəyaxa biçimdə!!..
Raifə Sərxanqızı 22.01.2016 15.24

www.kafiye.net