Atalar məsəli:

Quyu qazan özü düşər quyuya!..

Sənə vay verər!..
Böyüklük insana Allahdan gələr,
Allah qüdrətindən bölüb, pay verər…
Böyüklük insana şöhrət gətirər,
İnsan Allahına dönüb, hay verər…

Məni axtarmasın, sormasın deyə,
Allah zalımına pulu lay verər…
Güc nə sərvətdə, nə pulda deyil,
Allah bir andaca, işin zay verər…

Mənə tələ quran, ey quyu qazan,
Çox dərinə getmə, quyu çay verər…
Mənə bu qüdrəti Allahım vermiş,
Salar öz quyuna, sənə vay verər!..

Raifə Sərxanqızı 21.08.2015 12.58
www.kafiye.net