Ailəsini və övladlarını küçə qadınlarına dəyişən “kişi”ciklərə
Bir gəlinin dilindən…

İNSANMISAN?!..

Hansı dildə danışım ki,
Anlayasan bir gün məni!..
Unutmuşam! – nifrəti də,
İnsanmısan?! – görəm səni.

Ahımı çəkdim sinəmə,
Azadlığı verdim sənə…
Get də, qovuş “sevgilinə”,
İnsanmısan?! – görəm səni.

Dolan bulud, yağışam mən,
İki bahar, bir qışam mən…
Alnındakı qarğışam mən,
İnsanmısan?! – görəm səni.

Balaların yetim kimi…
Bir faişənin arxasında,
Sülənirsən itim kimi!…
İnsanmısan?! – görəm səni.

Raifə Sərxanqızı 03.01.2016 15.41
www.kafiye.net