Ömrünü Ömürlük

Ömrünü ömürlük bizə həsr etdin,
Başın nələr çəkdi, nə dərdlər gördün.
Yaşayıb ən çətin anlarini sən
İllərin qayğısın saçına hördün.

Sanki bu həyatda üzün gülməyib,
Söylə həyat sənə çoxmu dərd verib?!
Hər gülən çöhrəndə sanki kədər var 
Dözürsən hər şeyə sən sinə gərib.

Duydum qürurunu hər baxışında,
Həyatda ən böyük dayağım oldun,
Yaşamaq ümidim səndə yaşayır,
Mənim vüqarımdır çəkilən adın.

Sən yaşarsan mən də sənlə yaşaram,
Bu həyatda vallah səninçün varam.
Mənim həyatımda idealımsan
Sənin varlığından ilham alaram.

Bəlkədə mən səni çox incitmişəm,
Ağrılı-acılı günlər gördün sən.
Həyatda umudum, pənahlm mənim 
Məni bu dünyaya sən gətirmisən .

Pünhanə ömrünə nur bəxş elədin, 
Qoymadın taleyi qara boyana.
De necə qaytarım sənin borcunu?
Qayğılı gününə qurbanam ana.

Pünhane Eliyeva
www.kafiye.net