Günahsız Sınağa

Günahsız sınağa düşüb sınandım.
Arzumun odunda ocaqda yandım,
Zülmət gecələrdən pərişan sandım,
Ömrümdə kimsəyə sığınmadım mən.

Mən namus itirib arı satmadım,
Sevib-sevilməyin daşın atmadım,
Yalançı kölgəyə uyub yatmadım,
Ömrümdə kimsəyə sığınmadım mən.

Yanar ocaq oldum yandım alışdım,
Qədəri kəmlərlə qəmə qarışdım.
Özgələr gözundə ilmə, naxışdım,
Ömrümdə kimsəyə sığınmadım mən.

Döydüyüm qapını sevgiylə aşdım,
Səhralar icində yandım, alışdım,
Qor oldum ocaqda yarəb oda qarışdım,
Ömrümdə kimsəyə sığınmadım mən.

Şeh düşən cəmənim, güllü düzüm var,
Məndə hər əzaba sonsuz dözüm var,
Hələ deyiləsi neçə sözüm var,
Ömrümdə kimsəyə sığınmadım mən.

Pünhanə dərdiylə qalıb baş-başa,
Arzular, diləklər çırpılıb daşa,
Tale yollarında dolsam da yaşa
Ömrümdə kimsəyə sığınmadım mən.

Punhane Eliyeva
www.kafiye.net