Zülmətlər İcindən

Zülmətlər icindən nurum diləyim,
Arzumun günəşi sönür, sevənim.
Xəzan rüzgarından mənim istəyim,
Solub bir xəzələ dönür, sevənim.

Işim ahuzardı bu gənc yaşımda,
Kamanlıq qalmayıb daha qaşımda,
Bir hicran qaynadı yenə aşımda,
Ürəksə həsrətdən donur, sevənim.

Dərdimi kimsəyə deyə bilmirəm,
Ayrılıq libasın geyə bilmirəm,
Özümü sevdanla öyə bilmirəm,
Sevgimiz ruhumu danır, sevənim.

Deyirsən yar olub peyman bağlayım,
Yenə əvvəlki tək coşub çağlayım,
Burax bu dərdimi özüm ağlayım,
Ürəyim onsuz da yanır, sevənim.

Bağlanmaz peymana ümid eyləmə,
Bağrımın başını yarıb teyləmə,
Məni haraylama, məni heyləmə,
Görən məni Leyli sanır, sevənim.

Mən həyat yolunda cox ağrı cəkdim,
Könül bağçasında bir sevgi əkdim,
Səndən ayrılanda göz yaşı tökdüm,
Ürəyin duyğumu anır, sevənim.

Səni sevsəm əgər gülə dönərəm,
Qoyma bir də qonsun gözlərimə qəm,
Arzular yetimdir, duyğularım kəm.
Eşqimin bayrağı enir, sevənim.

Pünhanəyə qismət deyilmiş eşqin,
Gizli bir duyğu tək könlümdən keçdin,
Dindirmə qəlbimi, nə danış, nə din,
Yanıqlı-yanıqlı dinir sevənim.

Punhane Eliyeva
www.kafiye.net