Elə Bil Dünya

Elə bil dünya da üstümə gəlir,
Sən məndən bir azca inciyən zaman.
İçimdən elə bil ağlamaq gəlir,
Sən mənə ayrılıq söyləyən zaman.

Asanca deyirsən ayrılaq nədən?
Sevirəm mən səni canımdan da çox.
Bilmirsən ölərəm ayrılsam səndən?
Vallah bu eşqimin bərabəri yox.

Pünhanə, sevgini eylədi bəyan,
Tək sənsən şad edən dünyada məni.
Yoxdur bu sevgimə özgə bir həyan,
Sən oldun bağlayan bu ada məni.

Punhane Eliyeva
www.kafiye.net