Yoğura Bilməzsən

Yoğura bilməzsən xəmiri qarnan,
Bil ki sonunda peşman olarsan.
Altuna qızıla daş desən insan,
Zamandan kənarda qalarsan inan,
Bil ki, sən sonunda peşman olarsan.

Sən yuva tiksən zığdan, palcıqdan,
Bünövrə salsan, mənasız qumdan.
Heykəllər yaratsan,caylax daşından,
Kol-kosla calışıb vallah ocaq qalasan,
Bil ki, sən sonunda peşman olarsan.

Ayıra bilməzsən əti dırnaqdan,
Qovdura bilməzsən bülbülü bağdan.
Əzdirə bilməzsən daşı qayaynan,
Dəmirə yamağı salsan taxtadan,
Bil ki, sən sonunda peşman olarsan.

Pünhanə, mamırı daşdan qoparsan,
Inan göllər yaradıb, sel tək çağlasan.
Mənəm allah deyib, öyünüb dursan,
Qiyamət günü bil ki,anlasan insan,
Bil ki, sən sonunda peşman olarsan.

Punhane Eliyeva
www.kafiye.net