Türk Oğlu Türk Bizik

Haray cəkib cəngi calan mərd oğullar,
Türk oğlu türk bizik, bizim soyumuz var,
Həmləmizdən yer titrəyər, göy dağılar,
Haydı igidlər, Qarabağa biz gedək.

Məğrur olaq, biz dik duraq, hücum deyək,
Yenilməzi məğlub edək, əyilməyək,
Vətən ücün qanlar tökək, təbil döyək,
Haydı igidlər, Qarabağa biz gedək.

Birləşək yumruq olaq,ər kimi hər an,
Baxıb qürur duysun bizdən Azərbaycan,
Yerdə qala bilməz bu intiqam, bu qan, 
Haydı igidlər, Qarabağa biz gedək.

Əzəldən bizim olub, yenə olacaq,
Azadlığın günəşi Qarabağda doğacaq,
Qalanacaq o yurdda doğma od-ocaq,
Haydı igidlər, Qarabağa biz gedək.

Pünhanəyəm varlığımda qürür yaşar,
Odlar yurdu, damarımda qanım coşar,
Üz verməyək yenə düşmən həddin aşa,
Haydı igidlər, Qarabağa biz gedək.

Punhane Eliyeva
www.kafiye.net