Demə Bu Dünyada

Demə bu dünyada mən kef çəkirəm,
Qəlbimə taleyin qəmi çökübdü.
Ömrümün bağını xəzan eyləyib,
Başıma bir eşqin dəmi çökübdü.

Od olub könlümə buzlu əlləri,
Soldurub bağımda açan gülləri,
Bir qəmli havayla çalıb sərsəri,
Sinəmin üstünə bəmi çökübdü.

Pünhanə eşq ilə vuracaq qəlbin,
Yıxılmaz bir eldi, arzu, istəyin,
İndi taleyinə yağan kədərin,
Qarışıb sel suya zəmi çökübdü.

Pünhane Eliyeva
www.kafiye.net