Günah Keçisi

Bürünüb gecənin qaranlığına,
Axam göz yaşı tək yanaqlarından.
Bəlkə o yaşın da, ən xoşbəxt anı,
Keçdiyi anıdır dodaqlarından..

Qəlbinin yerində daş var əzizim,
Sənə ağır gəlsə ver mən gəzdirim.
Çəkndim qapını tez-tez döyməyə,
Qorxdum ki, sevgimlə səni bezdirim.

Mən qış istədimmi dönmüsən buza?
Bu qədərmi əlçatmazdı məhəbbət?
Tapılmayan cavabların yerinə,
“Günah keçisi”-nə çevrildi qismət…

Nə göydən ulduz dər, nə dənizi yar,
Nə də saçlarıma çiçək düzüb hör..
Rəhimlinin tək istəyi bu idi,
Bir kərə sevgindən ölənini gör..

29.03.2015…
Müəllif: Aygün Rəhimli
www.kafiye.net