Sevirem Seni

Bir yerin ağrısa bil,ağrıyar canım,
Mənim damarda axan bu qanım.
Səni sevdiyimi de,mən necə danım,
Sevirəm ilk eşqim bil, sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə-an bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim bil,sevirəm səni.

Unutsan məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim bil,sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim bil,sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı vallah deyəcəm ona,
Sevirəm ilk eşqim bil, sevirəm səni.

Pünhanə ara vursada bil sevirəm mən,
Gözün gözlərində çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə sənə deyirəm mən,
Sevirəm ilk eşqim bil, sevirəm səni.

 

Punhane  Eliyeva

www.kafiye.net