Halımı Bilmək İsdəsən

Sevgilim,halımı bilmək isdəsən,
Məni bağbansız bir bağdan soruş.
Meyvəsiz ağacdan,susuz çəməndən,
Gövdəsindən sınmış budaqdan soruş.

Soruş güldən əgər yoxsa jaləsi,
Qəfəsdən gələndə bülbül naləsi.
Göylərə çatsa da uca zirvəsi,
Qara möhdac,bir dağdan soruş.

Saralmış yarpaqdan,solmuş çiçəkdən,
Qəlbimdə boğulan min bir diləkdən.
Vüsalına həsrət qalmış ürəkdən,
Dodağına həsrət dodaqda soruş.

Dalğasız dənizdən,sonasız göldən,
Günəşsiz səmadan,bozarmış çöldən,
Pünhanəyəm başımda dönən sevgidən,
Könlümdə qaynayan gur,bulaqdan soruş…

Punhane Eliyeva
www.kafiye.net