Sənsizlik Dərd Olub

Sənsizlik dərd olub,bağrımı deşdi,
Bağrım catlamasın,neyləsin dəli ?!
Məgər dərd sənsiz,birdi,ikidi,beşdi,
Ürək partlamasın,neyləsin dəli?!

Gözüm yaş yerinə qan ağlayır,qan,
Yadımdan çıxmırsan mənim bircə an.
Öz canindan ayrı düşübsə bir can,
Ürək partlamasın,neyləsin dəli?!

Həfdələr ayları qovur yel kimi,
Aylar ömrümüzü yuyur sel kimi.
Bir zaman qırılacaq oda tel kimi,
Ürək partlamasın,neyləsin dəli?!

Sənsiz zülmətdir dünya gözümə,
Nə qədər təskinlik verim özümə.
Daha ürəyimdə baxmır sözümə,
Ürək partlamasın,neyləsin dəli?!

Pünhanə bezdirib məni bu yaşam,
Sanki İnsan yox gərəksiz daşam.
Ümüd yox səninlə birdə qovuşam,
Ürək partlamasın,neyləsin dəli?!

Punhane Eliyave
www.kafiye.net