Kategoriler

Arşivler

Şəfaqət Cavanşirzadə Kategoriler

Tarih 11 Nis 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Toprak Kokusu

Yol arkadaşlarım komşum Feritle küçük kızıydı. Yedi-sekiz yaşında olan Zehra ilk günden benden hoşlanmamışdı.Qaliba beni bir az babasına da kıskanmışdı. Babasının elini bana inat olsun deye tutmuşdu. Gözlerinin içine bakdığımda fark etmişdim. Nefret yokdu, ama sevgi de yokdu. Gerçeyi söylemek gerekirse çoçukların küçük kalplerinde nefrete yer olduğuna asla inanmadım. Ya severler, ya sevmezler.

Tarih 3 Nis 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Qurd balası qurd olmalı

Qurdlar və Canavarlar, güclülər və gücsüzlər – iki fərqli təbəqəyə ayrılan dünyada məğrurlar bəzən qələbəyə bərabər məğlubiyyətlər yaşayırlar. Qarşısındakı ikiqat gücə malikdir, onlar isə, ürəklərinin səslərini dinləyir, sınmayan qürurlarından, tanrıdan aldığı sonsuz mənəviyyatdan ilham alırlar. Ürəkləri fəth edən qəhrəmanlar yaşayıb, yaşayacaqlar.

Tarih 31 Mar 2017 Kategori: Şəfaqət Cavanşirzadə

SATILMIŞLAR

Şəhərə yenicə qədəm qoymuş qışın soyuğundan qorxmurdu. içində odun dolu balaca köhnə soba olan bir otaqlı mənzildə iki azyaşlı uşağıyla; qızı və oğluyla bir il əvvəl tanış olduğu bu şəhərdə yaşayırdılar. Qonaq kimi,ömür boyu sakin kimi yaşayacaqları hələ məlum deyil… Övladları yatdığı üçün işığı söndürmüşdü. Əvvəlcədən aldığı şamı yandırdı, sobaya yaxın masanın üstündəki dəftər qələmə yaxın qoydu. Soba yalnız otağı isidirdi, şam isə rahat yazmağı üçün işıq salacaqdı. Masanı lap qabağa çəkib əyləşdi. Hardan, necə başlayacağını

Tarih 18 Mar 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Apriori

Alın yazısına, qismətə inanmırdı. “ İnsan yalnız zövq almaq, xoşbəxt olmaq üçün yaranıbdır ” – deyirdi, ürəyi hansı qadına, qıza isindisə, onlara qarşı fərqli niyyətlərlə addımlar atdı. Atdığı hər addımda sonsuz ümidləri vardı. Səmayə xanım oğlunun dağınıq gözlərindən utanırdı.

Tarih 5 Mar 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Ölümə Gedən Ümidlər

Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, süfrə başında tez-tez mənə baxırdı. Arada oğlum Raufla baxışırdılar, sevgi baxışı deyildi bu… Sən demə, mənim haqqımda səssizcə danışırmışlar.Çox keçmədi, xanım qızın gəlişinin səbəbini anladım.

Tarih 24 Şub 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Qızım

Yoldaşımla aramızdakı soyuqluğu qızım son günlərdə hiss etmişdi. Əslində, soyuqluğun səbəbini ikimiz də bilmirdik, sözlərimiz bir-birimizə xoş gəlmirdi. Ali təhsilli, yaşı qırxı keçmiş, həyat görmüş insanlardıq. On beş yaşlı qızımız olmasaydı, ailə xətrinə də olsa, savadımızın iki kəlmə sözü bir-birinin ardınca qoşub danışmağa gücü çatmazdı.