Kategoriler

Arşivler

Çingiz Kürdəmirli Kategoriler

Tarih 22 Mar 2018 Kategori: Çingiz Kürdəmirli

Qayıdıram mən

Mən türk övladıyam, təmizdir qanım,
Bu xalqın yolunda qurbandır canım,
Aramsız işləyir söz dəyirmanım,
Xiridarlar üçün üyüdürəm mən.

Tarih 20 Mar 2018 Kategori: Çingiz Kürdəmirli

Dilində Haqqın səsi var

Bir “Ana” kəlməsinin gör nə böyük qüvvəsi var,
Verəcək qiymətini, o kəs ki, düşüncəsi var,
Laqeyidlik edənin qarşıda işgəncəsi var,
Qoynunda yetişmiıik, üstümüzdə kölgəsi var, 
Dodağında duası, dilində Haqqın səsi var.

Tarih 5 Mar 2018 Kategori: Çingiz Kürdəmirli

Yaşardı

Göhnə xatirələr yadıma düşdü,
Qəhər boğdu məni, gözüm yaşardı…
Yanağımdan damla-damla sürüşdü,
Kəsilmədi xeyl zaman yaş ardı.

Tarih 19 Şub 2018 Kategori: Çingiz Kürdəmirli

Baş daşı

Bir zəmanədəyik, nə var satılır,
Gəl belə dövranda, indi baş daşı*,
Nə olsun ki, çoxu daldan atılır,
Hədəf olur sonda, tutur baş daşı.

Tarih 10 Şub 2018 Kategori: Çingiz Kürdəmirli

İstədi

Bezdirdi bülbülün səsi,
Gülün könlü sar istədi,
Dedi, bilsin Yer Kürəsi,
Cəm aləmə car istədi.

Tarih 4 Şub 2018 Kategori: Çingiz Kürdəmirli

Düşmədi

Sınadım qədərin düşər-düşməzin,
Taleyim nəhs, bir uğursuz “düşmə”di,
Xoş anlarım, barmaq ilə sayılan,
Dərdlərim minlərlə, “göydən düşmə”di..

Tarih 4 Şub 2018 Kategori: Çingiz Kürdəmirli

Biləsən

İmkan elə, arada kitab oxu,
Puç etmə ömrünü, bilə-bilə sən,
Kamandan ayrılıb zamanın oxu,
Hədəfisən, deyirəm ki, biləsən….

Tarih 30 Oca 2018 Kategori: Çingiz Kürdəmirli

Atalar deyib

Könül bir şüşədir, sınsa bitişməz,
Vədəsi çatmasa, meyvə yetişməz,
Bu evin işığı, o evə düşməz,
Başqasın qınayıb, axtarma eyib,

Tarih 14 Oca 2018 Kategori: Çingiz Kürdəmirli

Qəlbim Bankomat kimidir.

Bax ekrana, feyziyab ol, 
İndi hamı şad kimidir,
“Halal”dı tutulan bu yol,
Bizə etimad kimidir.

Tarih 23 Ara 2017 Kategori: Çingiz Kürdəmirli

Aşıq

Nə müddətdir əlində saz gəlirsən,
Adət, ənənəyə uyğun çal, aşıq.
Yoxsa, sazı özününkü bilirsən?
Diqqət edir bu boyda mahal, aşıq…