Biləsən
( nəsihətvari təcnis)

İmkan elə, arada kitab oxu,
Puç etmə ömrünü, bilə-bilə sən,
Kamandan ayrılıb zamanın oxu,
Hədəfisən, deyirəm ki, biləsən….

Dövran pisdi, çoxdu yolun azanlar,
Ağsaqqal deyəni kiçik az anlar,
Dünyanın sonuna qalıb az anlar,
Üstümüzə yad yelidir, bil əsən.

Bilmirsən nə bişir, hansı qazanda,
Gündəmə gəl, nə istəsən, qazan..da..!
Öz boyunu ölç, quyunu qazanda,
Özün düşsən, bəlkə çıxa biləsən…

Kimi razı qalıb yar atdığından ,
Kimi gileyldir, yar atdığından*,
Tanrı peşimandı yaratdığından,
Çingiz, daha yazma, yerin bil..ə..sən ..!!

*Birinci sətir yarın atanlara, ikinci sətir  isə yar atanlara aiddir.

04.02. 2018.
Çingiz Kürdəmirli.
www.kafiye.net