şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
H i s s
l ə r … D u y ğ u l a r
Kövrəlmək- bir hissdir, gəlib keçəcək,
Ürəyi titrədib, qəlbi sökəcək,
Yenidən könlünə təpər verəcək,
Qüdrətli duyğudur, içdən kövrəlmək.
Bəzən göz yaşını tuta bilməzsən,
Leysan olub, axar qəmli üzündən.
Dərdləri qəlbindən ata bilməzsən,
Hıçqıra – hıçqıra çıxar, küskünlük.
Dünyaya etiraz etmək əbəsdir,
Bura hər kəs üçün zindan, məhbəsdir,
Kiminin cəzası kef, əyləncədir,
Kiminin katorqa, dərd, işgəncədir.
Talelər yazılır hərəyə bir cür,
Qurtarmaq çətindir, boğanağından.
Nə qədər uzağa getsə də örkən,
Yenə gəlib, keçir doğanağından.
Qəlbləri qırmayıb, yanaşsaq özəl,
Hər kəs bir birinə hörmət edəcək,
Qanunla yaşasaq olar çox gözəl,
O zaman Dünya da möhlət verəcək.
Müəllif: Elmaya Cabbarova.
03.08.2022.
www.kafiye.net
Yorum Yapın