şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Sevgi –
həyatdır!
{ Türkiyədə qəsdən törədilmiş meşə yanğınlarına həsr olunur.}
[ Kəsər dönər, sap dönər,
Gün gələr hesab dönər.
(Türk Ata sözü.) ]
Nə gözəldir təmiz vicdan, saf ürək,
Düz söz deyib, tutub arzu həm dilək,
Nifrəti yox edib, lüğətdən silək,
Qəlblərdə yurd salsın gözəl əməllər.
Kainatın sonu ucsuz – bucaqsız,
Uça bilməzlər ki, quşlar qanadsız,…
Bəs niyə yandırdı onu vicdansız,?
Qanadı məhv olmuş quşlara yazıq.!
Canı bahasına girdi atəşə,
Yurd sevərləri çox bu səltənətin,
Bayrağını sevən hər igidimiz,
Oldular xilası bu məmləkətin,
Təbiətin hökmü, cəzası ağır,
Mizan tərəzisi çox dəqiq çəkir,
İndi yalvar, səsin gəldikcə bağır,
Miskin namərdləri köməyə çağır.
O, yanan ağaclar pöhrə verəcək,
Hər yerə gözəllik, nəfəs verəcək,
İnsanlar sevinib, yenə güləcək,
Nifrətlə yaşayıb, ölənə yazıq.
Müəllif: Elmaya Cabbarova.
06.09.2021.
www.kafiye.net
Yorum Yapın