şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Unudacaq deyiləm.
Bir şəhid ki, əli ələ dəyməmiş,
Bu igidim özün hələ öyməmiş,
– Vətən, sənə ,canım fəda söyləmiş,
O şəhidin qarşısında əyilləm,
Ömür boyu unudacaq deyiləm.
Gənclik ilə uşaqlıgın arası,
Anasının əziz ciyərparası,
Atasının köksündə od yarası,
Od düşən yer çox yanacaq, bilirəm
Ömür boyu unudacaq deyiləm.
Qıymazdılar yüksək yerə çıxasan,
– Qorxu filmi sənə olmaz, baxasan,
Bir nəsilin əzizisən axı sən,
Hamı kimi mən də səni sevirəm,
Ömür boyu unudacaq deyiləm.
Rəsmi solan, O sevdiyin qız öldü,
Qış ömrünə bahar gəlməz, yaz öldü,
Agı dedik, təsirindən söz öldü,
Vətən səni ucaldacaq, deyirəm,
Ömür boyu unudacaq deyiləm.
01. 10. 2020.
Xuraman Camalqızı
Bədahətən.
Məkanın cənnət olsun şəhidim.
www.kafiye.net
Yorum Yapın