şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Bu gediş başqa gedişdir
Bu gediş başqa gedişdir-
Geri dönüşü olmayan.
Bu nə əməl,bu nə işdir
Boşa töküncə dolmayan,
doluya qoysan, olmayan.
Bir kürreyi-ərz yaşatdım,
Gözlərimin giləsində,
Ürəyimdə, nəfəsimdə.
Gözümü yumyb açınca
Yer üzü gözümdən düşdü.
Bu gediş başqa gedişdi.
Bir oyanış,bir diriliş,
Ruhi-əzizə yüksəliş.
Haqq açıldı pərdə-pərdə
Cənnət müjdəli səhərdə.
Duyğular da yön dəyişdi,
Bu gediş başqa gedişdir.22.11.2019
Aydınlandım
Baxdım Dünyanın gözünə,
Çevirdim astar üzünə,
O üzündən bu üzünə
Keçə-keçə cilalandım,
Günəşləndim,torpaqlandım,
Yağışlandım,
Havalandım,
Ruhumla cismə calandım,
Mən qovuşdum Öz mənimə,
İşığımla aydınlandım.
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net
Yorum Yapın