şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
ŞEİRLERİMDEN
Hər sətir,hər kəlməm,şeirim sən idin
Artıq çox uzaqsan şeirlerimdən…
Mənlə həmdəm idin,mənlə tən idin
Artıq çox uzaqsan şeirlərimdən..
**
Tuttuğun məqamın qədrin bilmədin
Mənimlə ortaq bir fikrə gəlmədin
Dar gündə dərdimi mənlə bölmədin
Artıq çox uzaqsan şeirlərimdən..
**
Duymadın qəlbimin qəm fəryadını
Ələdin başıma hicran odunu
Daha unutmuşam sənin adını
Artıq çox uzaqsan şeirlerimdən.
**
İndi şeirlərim çağlayır sənsiz
Sevincim kədəri dağlayır sənsiz
Zənn etmə sətirlər ağlayır sənsiz
Artıq çox uzaqsan şeirlərimdən..
**
Bir dəfə verilir insana həyat
Şeirlər bəxş edir mənə qol-qanad
Mən də xəyanətə eylədim inad
Artıq çox uzaqsan şeirlərimdən..
Nazlı Hacılı.
www.kafiye.net
Yorum Yapın