İMANA TƏRƏF

Günahsız birini gizli, xəbərsiz,
Dostluqdan silməyin heç asan deyil.
Canına, ruhuna ötməz xətərsiz,
Vicdan söylənilən heç susan deyil!

Mərhəmət deyilən bir hiss vardır ki,
Zalıma, qansıza tamamən yaddır.
Qısqanc ürəyinə söylə, çatdır ki,
Dostluq yeyilməyən bir başqa daddır!

Sevdalı könülə tac olan biri,
Könül sahibinə zəhər yedirtməz.
Ələyib üstünə olmayan şəri,
Adamı dəlirtməz, hədyan dedirtməz!

Odur ki, sığınıb səbrə, dözümə,
Təvəkkül yol almaz gümana tərəf.
Bəndeyi-sadiqdi özü, sözünə,
Gedəcək Allaha, imana tərəf!


Təvəkkül Goruslu.2019
www.kafiye.net