ÖZÜNƏ MƏSLƏHƏT



İradənlə can qoruyan səddi, hör.
Hər zərbəyə dözüb, mətin dayansın.
Əqlə güvən, düşüncədə uzaq gör,
İnamın səsləyən bəxtin, oyansın.

Ağız açsan, etibarlı üstə get,
Nanəcibi anıb, yada gətirmə.
Bacarırsan hər işini özün et,
Özgəsinin minnətini götürmə.

Etdiyinə, geyindirib min donu,
Peşiman tək gəlsə əgər üstünə.
Sirri verib hazırlama sən onu,
Güc toplayıb duracaqdır qəsdinə.

Gəlsə biri öyrənərək, çatdıra
Heç vaxt kimsə arxasınca söz demə.
Meyl etsə, qazanca haram qatdıra
Özgəsinə düşən haqqı -say, yemə.



Mübariz Hüseyn Borçalı
www.kafiye.net