Məhəbbətdən yazmaq yaraşmır bizə

Hərə yuxusunda görüb bir röya,
Məhəbbətdən yazmaq yaraşmır bizə.
Cavan qız, gəlinlər üz-gözü boya,
Dönüb pullu üçün adi kənizə,
Məhəbbətdən yazmaq yaraşmır bizə.

Çoxdan öyrənmişik borş, sup yeməyə,
Özgə baxçasında gül becərməyə.
Yetər ki, qorxuruq haqqı deməyə,
İşgəncə verərək öz təbimizə,
Məhəbbətdən yazmaq yaraşmır bizə.

Məmurun, hakimin ötür günü çağ,
Otuz ilə çatır, yoxdu Qarabağ, 
Çoxdan “kişilərdə” yox olub papaq,
Torpaq qayıdarsa, olar möcüzə,
Məhəbbətdən yazmaq yaraşmır bizə.

Çoxumuz həsrətik, adi mənzilə,
Dindirsən naləmiz qalxacaq zilə.
Vəzifə harını, bizim pul ilə,
Torpaqları alıb, keçib dənizə,
Məhəbbətdən yazmaq yaraşmır bizə.

Sakitə çoxları dinmə, sus, deyir,
Gəzir hər tərəfdə bir cəsus, deyir.
Vətən də qorxağa, ” binamus”, deyir,
Həsrət Qarabağa, həsrət Təbrizə,
Məhəbbətdən yazmaq yaraşmır bizə. 

Sakit Memmedova
18.07. 2019
www.kafiye.net