şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
İndi elə
İndi elə qorxuram saatlar dayananda .
Əqrəblər bir- birini sürətlə qovmayanda.
Qorxuram sən bilirsən telefonun zəngindən,
Gecənin bir aləmi gələn zəngin səsindən.
Qorxuram gecə vaxtı uçan yarasalardan.
Gecə sükutu pozan isa-musa quşundan.
Birdən elə bilirəm yer çıxacaq oxundan.
Qorxuram ki yataram , oyanmaram yuxudan.
Qorxuram gecə vaxtı ay buluda girəndə.
Ağacların yarpağı pəncərəmə dəyəndə.
Gecələrin bağrını rəngli şimşək yaranda .
Buludlar toqquşanda göylər guruldayanda .
Bilirsənmi əzizim mən hər şeydən qorxuram.
Qorxanda da mən özüm , özümü ovuduram.
Öz əlimi bilirəm sənin əllərin kimi .
Sağallar çəkirəm bax saçıma sənin kimi .
Atıram üstümdəki qorxuları eləcə
Gör neçə illərdir mən yaşayıram beləcə.
Gecələrin kabusu hər gecə yıxır məni.
Alıb mənim əlimdən gecə aparır səni.
Nahidə Tagiyeva Qurbanova 18.04.2019
www.kafiye.net
Yorum Yapın