şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Yer kürəsi darıxır,,
Bu nə gecədir allah,
Yer kürəsi darıxır …
Darıxır yer də göydə.
Darıxır göz gördüyü
Nə varsa ,yer də göydə.
Darıxır torpaq. daş da
Göydə uçan o quş da
Ananın qucağında ,
dayanmayan uşaq da.
O ,da qaçmaq istəyİr.
Ananın qucağından
qaçıb o körpə belə,
Hələ uşaq vaxtından
Azad olmaq istəyir .
Buludlar da darıxır
O yan bu ,yana gəzir.
Gözünü yummaq üçün
O da ,bir fürsət gəzir.
Bu nə gecədir allah,
Yer kürəsi darıxır …
darıxır yer də göy də.
Darıxır hər nə varsa
Gözümüzün önündə.
Divarlar da darıxır,
Dil açmaq istəyirlər.
Onlar da gördüyündən
Danışmaq istəyirlər.
Döşəmə də darıxır
O da yorulub, bezib
Ayaq altda qalmaqdan ,
lap nəfəsi kəsilib.
Eh darıxır tavan da
Bizdən yüksək olanda.
O Tavandan asılmış
O billur çilçıraq da
Küçələr də darıxır ,
dalanlarda darıxır ,
Orda dayanıb baxan ,
adamlar da darıxır.
Qəfəsdəki quşlar da
Dənizdə balıqlar da
Hər nə varsa ətrafda ,
Bu gün yaman darıxır.
Bu nə gecədir allah,
Yer kürəsi darıxır…
Hər nə var canlı -cansız,
Qanadlı-ya, qanadsız
Ayaq tutub yeriyən,
Dil açıb bir söz deyən,
Kədərdən libas geyən,
Bu gün xoşbəxtəm deyən.
Tez-tez varını öyən,
Kim varsa bu ətrafda
Yaxında lap uzaqda,
Bax bu gün eyni vaxtda
Hamı eyni zamanda
Allah yaman darıxır.
Nahidə Tagıyeva Qurbanova /16.12 .2017
www.kafiye.net
Yorum Yapın