şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
MƏNİM DÜNYAM
Bapp-balaca dünya qurdum,
Ürək qoydum, ömür yordum.
Hər daşını birər-birər,
İllər boyu yığıb hördüm.
Kərpicinin biri həsrət,
Biri zillət, biri cürət.
Yavaş yavaş, pillə pillə,
Qurdum böyük saf məhəbbət.
Həsrətimlə ucaltmışam,
Göz yaşımla islatmışam.
Zərrə zərrə, ilmə ilmə,
Saçlarımı ağartmışam.
Ay ulduzu dəyanətim,
Günəşidir sədaqətim.
Bu dünyama sığır Tanrım,
Bir də ki, saf məhəbbətim.
Burda gah sel gah da çayam,
Gah günəşəm gah da ayam.
Əl vurmayın, toxunmayın,
Müqəddəsdir mənim DÜNYAM.
MÜƏLLİF. Metanet Duyğulu.
04.12.2018.
www.kafiye.net
Yorum Yapın