şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Muradına çat!
Ətrimi,qoxumu verəcəm sənə,
Bal-şəkər yuxumu verəcəm sənə,
Sevgimin çoxunu verəcəm sənə,
Ətrimə bələnib elə yatarsan,
Kədəri,qüssəni sən də atarsan!
**** ******
Bələnərsən bal ətrinə röyanın,
Unudarsan qəmlərini dünyanın,
İnsan unudarmı onu duyanın,
Ömrünü ömrümə elə qatarsan,
Başın sinəm üstə elə yatarsan!
***** *****
Demə ki,kədərim,qəmim var mənim,
Ümmanlar qoynunda gəmim var mənim,
Sənsiz gözdə yaşım,nəmim var mənim,
Sən mənimlə qüssə,qəmi atarsan,
Arzuya-murada mənlə çatarsan!
********
Solmazı ömrünün bəzəyi eylə,
O tənha ömrünün düzəyi eylə,
Qəlbinin mətləbin bir ona söylə,
Ömrə ömür qatıb əhdə çatarsan,
Bu sevdanı sən qoşa yaşadarsan!!
26-12-2016
Solmaz Şirvanlı
www.kafiye.net
Yorum Yapın