Sona Ismayılova

Ad günündə – ömrünün ən şirin çağında həyata vida edən Fatiməyə həsr edirəm


Ad Gününde

Həyata göz yumdun öz ad günündə,
Cavan ürəyinə dağ çəkdi ölüm.
Mən hardan biləydim son günlərindir,
Hardan biləydim ki, son andı, gülüm.


Yaman acı olur vida nəğməsi,
Tək ürək göynəmir, göz də göynəyir.
Taleyin amansız oyunları var,
Sən güldüyün zaman o, gör neynəyir…


Sənə beşik oldu ana qucağı,
Bu, necə ölməkdi, Fatimə, necə?!
Hardansa bir acı əzab götürüb
Ananın köksünə atdın gizlicə.


Hələ nə yaş idi otuz iki yaş?
Nə vaxt diqqət etdim, gözün çən oldu.
Bu qəfil ölümün, bu qəfil gediş
Eh, öz ad gününə hədiyyən oldu.


Çarəsiz xəstəlik, nə idi qəsdin,
Gözəl bir mələyi alıb apardın?
Həyat ətri gələn gül idi o qız,
Onu bu bağçadan niyə qopardın?


Getdin, elə getdin, dönüb baxmadın,
Həyat çırağıtək yan, ay Fatimə.
Bu qəfil ölümə, qəfil gedişə
Sona nə desin ki… can, ay Fatimə!




(Ana evde qızının cansız bedeni üzerinde doğum gününe güller düzür.Canım Gülyam)

25.06.2023

Sona Abbasəliqızı
www.kafiye.net