ÇIĞIRI



Çığırı yola aparan,

Ayağının qədrini bil.

Mən səndə dərdi tapıram,

Dərdimində qədrini bil!




Q
əriblədim, səndə yaman,

Daş olmuşam, torpaq aman,

Mən sevindim, dondu zaman,

Saatının qədrini bil!




Üstüm
ə qədir daşı qoy,

Yanağıma göz yaşı qoy,

Dizimə birdə başı qoy,

Yatışının qədrini bil!




Dilşad Araz
www.kafiye.net