Tək Yaradan çözər onu



Dərd bir deyil, iki deyil,

Nə əvvəli nə də sonu,

Çox məchuldur, bəlli deyil,

Tək Yaradan çözər onu.




Üz
ə gülən İnsanlar var,

Sanki sənə olurlar yar,

Çox keçmir ki, olur əğyar,

Tək Yaradan çözər onu.




Var yaltağı, yalançısı,

Söz qoşanı, böhtançısı,

Bir ömürün baltaçısı,

Tək Yaradan çözər onu.




B
əd xasiyyət insanlar çox,

Əməli zay olanlar çox,

Qeybət edən, ev yıxan çox,

Tək Yaradan çözər onu.




Dünya al
əm xali deyil,

Hər kəs gəzmir veyil – veyil,

Hər müsəlman salsın meyil,

Tək Yaradan çözər onu.

əllif: Elmaya Cabbarova.

22.06 2022.
www.kafiye.net