*İlham Fərizə* dastanı

{ Nə qədər qəhərli olsa da, yenə bir qürur duyuruq, adı gələndə müqəddəs sevginin ölməzləriylə, əbədi yaşayan İlhamla, Fərizəylə.}





Dastanlar yazmışdı köhn
ə nəsillər,

Yenisini yazdı, İlham Fərizə.

Üstündən çox keçib illər, fəsillər,

Yaddaşda qalacaq *İlham Fərizə*.




M
əhəbbəti safdı, çox güclü idi,

Arzusu ümmandı, sahilsiz idi,

Namərd nişan aldı, amansız idi,

Mərmiyə tuş gəldi, İlham Fərizə.




Oxudu n
əğməsin saf məhəbbətin,

Göstərdi aləmə öz cəsarətin,

İçdi sədaqətin vəfa şərbətin,

Dillərdə dastandır *İlham Fərizə!*




əllif: Elmaya Cabbarova.

30.06.2022.
www.kafiye.net