Xoş gəldin *İYUL*

Arzulara yelkən ol, apar xoşbəxtlik diyarına. Hər kəs öz istəklərinin sarvanı olsun, gözü bir başqasının karvanından qənimət əldə etməkdə deyil.

* “Ahəstə get ey sariban, ruhi – rəvanımdır gedən.” *


Elmaya Cabbarova

* Ey sariban, ah
əstə get, arami-canımdır gedən,

Yar könlümü çəkmiş mənim, ruhi-rəvanımdır gedən.




S
əy eylədim əfsun ilə pünhan qılım mən dərdimi,

Pünhan işim çıxdı üzə, seyr eylə, qanımdır gedən.




Qaldım bel
ə zarü zəlil, biçarəyəm qəlbim əlil,

Düşdüm o dilbərdən uzaq, asudə anımdır gedən.




Yox
əhdinin bünyadı heç, bitməz onun bidadı heç.

Çıxmaz könüldən yadı heç, ən xoş zəmanımdır gedən.




Bir an dayan, ey sariban, qoyma ged
ə bu karivan,

Ol sərvə uymuşdur könül, sərvi-rəvanımdır gedən.




Bir dön geri, ey naz
ənin, göz məskənin olsun sənin,

Sənsiz bu sonsuz göylərə, ahü fəğanımdır gedən.




Can t
ərk edəndə cismini, insan açar öz hissini,

Yoxdur sözüm, görmüş gözüm, bu xəstə canımdır gedən.




S
ədi, sənə layiq deyil yardan giley, ey bivəfa,

Gördüm mən ondan çox cəfa, səbrü təvanımdır gedən.


Sadi

www.kafiye.net