SƏNİ QINAMIRAM



(Amma xəyallarımda sevmişdim)




S
əni qınamıram sevmədin məni,

Səni qınamıram məni görmədin.

Səni qınamıram qumral saçların

Mənim əllərimlə niyə hörmədin?



Səni qınamıram məni görmədin,

Səni qınamıram duymadın andı.

Səni qınamıram nədən üzümə

Gözlərin yumuldu, qəlbin qapandı?




S
əni qınamıram duymadın andı,

Niyə açılmadı bir qaş-qabağın?

Səni qınamıram axı, sən niyə,

Nədən eşitmədin yalvarışlarım?




S
əni qınamıram mənim üzümə

Axı, gülə-gülə niyə baxmadın?

Səni qınamıram ki aşıb-daşıb,

Çay olub,mən səmtə niyə axmadın?




S
əni qınamıram axı, sən niyə

Vurmadın ki eşqlə əlin-əlimə?

Səni qınamıram,məhəbbətinlə

Niyə bir bal sən yaxmadın dilimə?




S
əni qınamıram niyə sevmədin?

Sən mənə sevirəm deyə bilməzdin.

Sən məni on səkkiz, iyirmi yaşda

Görüb də heç vədə öyə bilməzdin…




…Ged
ək sən öz yolun, mən öz yolumla,

Bir görməyək keçdiyimiz çəməni.

Mən səni sevirdim xəyallarımda,

Səni qınamıram sevmədin məni…






M
ƏZAHİR İSGƏNDƏR

26.06.2022
www.kafiye.net