Qazax xəngəli



Yaşıllıq içind
ə geniş eyvanda,

Məclis qurulanda neyli-məzəli,

Ruhani, Dilqəmi saz havasında

Süfrəyə yaraşır Qazax xəngəli.




Sazlı-sözlü aşıq, şair diyarı,

Doğma Qazağımda gözəl adət var.

Uzaqdan bir qonaq gələrsə əgər,

Qurudlu xəngələ qonaq edərlər.




Yığışıb g
ələrlər dostlar, tanışlar,

Danışıb-gülərlər lap sübhə qədər,

Düşər yaddaşlara xoş xatirələr,

Çözülər mətləblər, tale – qədərlər.

əllif: Elmaya Cabarova.

17.06.2022.
www.kafiye.net