Saçlarımdan



Saçlarımdan asılıb bir fikirli ağ, qara.

Daraq qəmli yeriyir ayırır sağı sola.

Görən mənim bəxtimi şeytan aparıb hara?

Saçlarım qucaqlaşır bir-birin yola yola!

             


Q
əm üstünə köklədim ürəyimin telini,

Mən öyrənə bilmədim ayrılığın dilini,

Kim üstümə yönəldib bu həsrətin selini?

Özüm boyda həsrətim ,sən boyda ola ,ola!




Tanıya bilm
əmişəm,tanıdığım kəs kimi!

Qulağım çəkic döyür ,fırtınalı səs kimi!

Ölməmişəm əzizim ,ağlıyırsan bəs kimi?

Dərdim sənə hədiyyəm,qoynunda qala,qala!!!




Dilşad Araz
www.kafiye.net