Dərdli Ala qarğa

{20.04.2022. Olmuş əhvalat.}



İşdən – gücdən başım açılan kimi,

Eyvandan boylandım, hava qaralmış,

Gördüm Ala qarğa bir memar kimi,

Ən uca budaqda heykəl ucaltmış.




Dey
əsən küsmüşdü, mənə baxırdı,

Qırıb yarpaqları yerə atırdı,

Hərdən qırıldayır, səsi batırdı,

Kimdən üzü dönmüş Ala qarğanın?




“Etm
ə məndən güzar”, səsləndim ona,

Eylədim nəvaziş, girdim min dona,

Qəlbi çox incimiş… vaxt gəldi sona,

Üzünü döndərdi, uçdu uzağa.




B
əzən anlamazsan olub – bitəni,

Həsrət odu yaxar odlarda səni,

Hər Ala qarğanın vardır vətəni,

Yəqin dərd ortağı seçibmiş məni.




B
əlkə də atılmış, tərk edimişdi,

Ona bu davranış sərt edilmişdi,

Vəfalı olduğu dərk edilmişdi,

İndi qalıb naçar bu Ala qarğa.




Bilmir
əm bəlkə də yamanmış halı,

Xəstələnib canı, yoxmuş əhvalı,

Ağlını itirib, olmuş havalı,

Dərdini söyləmiş bu Ala qarğa.



Müəllif: Elmaya Cabbarova

21.04.2022.

www.kafiye.net