Keçmişdə və indi də qalıqları mövcud olan gərəksiz və ziyanlı adətlərə, bəd əməllərə, şəxsiyyət üzərində hegemonluq “fironluğuna” qarşı çıxmağı bacaran, sevgisinə və sevdiyinə sahib çıxıb, səadətə doğru gedən mətin və sədaqətli sevgililərə gəlsin bu əsərim.


Sevginin gücü

~~~~~~~~~~~~~~~~~~~~~~



M
ənə bağışlanan gül – çiçəkləri,

Dalğalı sahilə atıb gedirəm,

Boynumdan qoparıb qızıl zənciri,

Sevgimin əlindən tutub gedirəm.




Elin ad
ətini “üstün” tutanlar,

Güya ki gənclərə yuva quranlar,

Şər, böhtan ataraq ara vuranlar,

Daşı başınıza atıb gedirəm.




Arxamca boylanıb köks ötürs
əniz,

Başımı döndərib baxan deyiləm,

Yalvarıb-yaxarıb elçi düşsəniz,

Getdiyim yolumdan dönən deyiləm.




Sevginin gücünü sev
ənlər bilər,

Alından ləkəni ərənlər silər,

Dinsizin haqqından imansız gələr,

Sevgimin odundan sönən deyiləm.

əllif: Elmaya Cabbarova.

17.04.2022.
www.kafiye.net