Ayrılığın hər üzü var



Ayrılıgın hər üzü var.

Ən agrılı bilsən nədir?

Çəkdirdiyi cadar- cadar,

Sonlugusa, saça dəndir.




Ayrılığın h
ər üzü var,

Xəyanətə o son qoyur…

Görünsə də gendən qəddar,

Ürəyindən onu oyur.




Ayrılığın h
ər üzü var.

Üç nöqtədən nidayadək.

Yaxını var, uzağı var,

Bir dogmadan yüz yadadək.




Ayrılığın h
ər üzü var,

Yeni cıgır ümidindir.

Qardan sonra gələn bahar,

Günəşli yol limitindir.




Ayrılığın h
ər üzü var,

Biri qara, biri bozdur.

Tək ölümün haqq üzi var,

Digərlərin özün yozdur.




Ayrılığın h
ər üzü var,

Fəridə,çox üzülmə sən.

İkisindən bir düzü var.

Allah şahid,düzündəsən.




Fəridə Köçərli.

01.04.22

www.kafiye.net