05.04.22.

Həsəd aparram



Demiyin dəliyəm,havalanmışam,

Girov məzarlara həsəd aparram .

Dəfnimdə oxutma yasin,ya quran.

Söz ver ki, gözünə torpaq taparam…

Girov məzarlara həsəd aparram.




Sınsaydı baş daşım
əmim Oktaytək,

İgid Yelmar,Elçin,şəhid Qaçaytək*.

Atamtək,babamtək,kəndçi Xasaytək…,

Ruhumla torpaga rahat hoparam.

Əsir məzarlara həsəd aparram.




V
ətən həsrətiylə göz yumanlara,

Vətəndə vətənsiz uymayanlara,

Otuz il izini qoymayanlara,

Deyək zəfər sözün yarana sarram?

Girov məzarlara həsəd aparram.




Ş
əhidin qanından içən torpaqdan,

Su ilə İçmişəm duram ayaqda,

Keçmişziz bir ömür olmaz qabaqda…

Ruhum ölübsə də cəsəd aparram,

Əsir məzarlara həsəd aparram.




Şeş
ənin** zəbzəmi qüsulum olsun.

Torpaga kəfənsiz üzüm qoyulsun,

Atamın yanında qəbir oyulsun,

Alsa qollarına rahat yataram,

Girov məzarlara həsəd aparram.



*kəndimin şəhidləri(bir neçəsin yazmamışam)

**kəndimizin bulagı




Fəridə Köçərli.

www.kafiye.net