Mübarək olsun

{ Sevib – sevilənlər sizin üçün, xoşbəxt olun, diləklərimlə.}

Nə gözəl bir gündür, bu toy axşamı,
Təşrif buyurubdur dost, qardaş, hamı,
Gəlin gur yandıraq çırağı, şamı,
Bəy – gəlin gəlirlər məclisə sarı,
Birlikdə söyləyək, mübarək olsun!

Analar böyüdür oğulu, qızı,
Atalar bəxş edir baharı, yazı,
Bacılar çəkirlər ərki, həm nazı,
Qardaşdır arxası, önü, hər yanı,
Əl çalaq, söyləyək mübarək olsun!

Bəy – gəlin otursun padşah taxtında,
Qəlbi qoşa vursun, gülsün baxtı da,
Sağdış – soldış dursun iki yanında,
Tamada söyləsin sağlıq, vaxtında,
Rəqs edib oynayaq, mübarək olsun!

Ürəklər doludur təbriklər üçün,
Bir – bir yaxınlaşıb, söyləmək üçün,
Arzular, diləklər bildirmək üçün,
Könül pərvazlanır hey uçmaq üçün,
Xeyir – dua verək, mübarək olsun!



Müəllif: Elmaya Cabbarova.

16.03.2022.
www.kafiye.net