Qardaşımın oğlu Yusifin toyu idi dünən.Allah subaylarınıza qismət etsin,dostlar.

Müharibənin ilk günündən ,Laçına qədər könüllü olaraq döyüşə qoşulmuş iki qardaşın böyüyünün.Mənə torpaq gətirdiklərindən,torpağı suyla qarışdırıb içməyimdən şeirlərimdə yazmışdım sizlərə.

Bədahətən təbrik etdiyim şeirimi sizlərlə paylaşıram.Allah sizin də əzizlərinizi xoşbəxt etsin.




Qardaş



Axır ki, illərlə arzu diləyin,

Şükür, gerçəkləşib bu günə,qardaş.

Yığışıb qonaqlar gəlinlə, bəyin,

Sevgi işıgına,şəninə qardaş.



İçində həyacan,gözündə yaşdır,

Adın adımızın yanında başdır.

Desəm bu gün Yusif səndən də başdır,

Səs ver sən bacının səsinə qardaş .



Qalıb əsgər balam,boyuna qurban,

Gələn qonağının sayına qurban.

Qaynanan verdiyi payına qurban.

Toy qismət Elvinə, Eminə* qardaş.




Subay oğlanlarına*.




16.03.22.

Feride Köçerli İbrahimova
www.kafiye.net