Ürəyimdədir

19.03.22.    




Deyirl
ər ürəyim böyükdür mənim

Bilən yox ürəyin ürəyimdədir.

Bilinmir,deyirlər, dərdin,nə qəmin.

Arının da gücü pətəyindədir,

Bilən yox ürəyin ürəyimdədir.



Nə qədər sınağa çəkilsəm də mən,

Qışın çiləsinə əkilsəm də mən,

Qönçəm açılmamış tökülsəm də mən,

Ruhun da ruhumun dirəyindədir,

Bilən yox ürəyin ürəyimdədir.



Payızın xəzəli çimir gözümdə,

Gecələr yox olur çimir* gözümdə,

Şöləsin azaldır çamur** gözümdə

Anladım çarəsi sevməyimdədi,

Bilən yox ürəyin ürəyimdədi.



Sən dəli sevgimlə dözümləşmisən,

Özündən xəbərsiz özümləşmisən,

Hicranla dil tapıb,düzəlişmisən.

Sənə dualarım diləyimdədir,

Bilən yox ürəyin ürəyimdədir.



Fəridə Köçərli.

*gözün acısın almaq.

**lilli,bulanıq.
www.kafiye.net