Necə deyim



Otuz il kəndimi görməmişəmsə,

Necə deyim, nə xoş mən dogulmuşam?

Şirini,acıdan secəmmədimsə

Həsrətdən,hicrandan bil yoğrulmuşam,

Necə deyim, nə xoş mən doğulmuşam?




Qaçqınlıq töhm
ətin adı alnımda,

Yurdsuz ölən ANAM! ahın qanımda.

Hələ ata qəbrim girov adında.

Yurdum kül olandan mən qovrulmuşam,

Necə deyim,nə xoş mən doğulmuşam?




Axan qan selin
ə Səbr gətirdik.

Xocalı günündə qeyrət itirdik.

Şəhid arzumuzla ,,qədər” bitirdik…

Bənddən ayrılaraq dogranılmışam.

Necə deyim,nə xoş mən doğulmuşam?




Ş
əhidlər çiynində dayanıb torpaq,

Qazi bədəniylə vurubdur dayaq .

Ana yaylıqların qisasa bayraq

bilib, göz yaşımla hey bogulmuşam.

Necə deyim, nə xoş mən doğulmuşam?

Necə deyim?




Fəridə Köçərli.

01.03.22.

www.kafiye.net