Sevgisiz bir ürək…



Demə,sevgisiz kəs ruhən dincəlib…

Sevgisiz bir ürək nifrətə yurddu.

Gül qanqal görünər,gözəl əcaib .

Günəşli səma da sanki buluddu,

,,Sevgisiz bir ürək nifrətə yurddu”.




Eşqsiz bir ömürdə inamdır güman.

Öz dogrun özünə görünər yalan.

Yayın qızmarında üşüdər boran.

Sevgisə qəlblərdə yanar bir oddu.

Sevgisiz bir ürək nifrətə yurddu.




Hamıya biganə, soyuq olursan,

Buludtək boşalıb,yenə dolursan,

Ürəkdən sarsılıb, ruhən solursan

Elə bil içində yalavac qurddu.

Sevgisiz bir ürək nifrətə yurddu.




Həyat musiqisi məhəbbət özü,

Dünyada ən şirin tək nemət özü,

Ədalət, kəramət,həm hörmət özü.

Ona tabe olan ,,böyük ordudu”.

Sevgisiz bir ürək nifrətə yurddu.




Bilsək də bu dünya fani oldugun,

Kim görüb kiminsə gözü doydugun?

Sevgidir Allaha iman duydugun.

Axirət carçısı İsrafil, Surdu*,

Sevgisiz bir ürək nifrətə yurddu.




Fəridə Köçərli.

16.02.22.

www.kafiye.net