Kəndimiz



İllərdir oxşayıb,sevmədik boyun,

Gözlərin yollardan kəsdi kəndimiz.

Açıldı başına minlərlə oyun,

Ününə yetmədik, küsdü kəndimiz.




Dagların sinəsi çalçarpaz daglı,

Məmur var, sinəsi medalla taglı,

Kilidi cibində , qapımız baglı,

Kimə ondan soyuq,isti, kəndimiz?




Otuz il bizsizdir qışın həm yayın,

Hanı ogulların yalqızlıq payın?

Deyəndə erməni olacaq dayın,

Çıxdımı,təpəndən tüstü,kəndimiz?




Üzülmə, Fəridə,çox getməz belə,

Bir gün Qarabagın gələcək dilə ,

Son qoyulacaqdır fitnəyə , felə ,

Olacaq xainin qəsdi kəndimiz.




Fəridə Köçərli.

24.09.2019.

www.kafiye.net