Zəfər yazdın, şəhidim



Hünərindən nur verdin müqəddəs ocağına,

Vətəndə vətən oldun qovuşub torpağına,

Əbədilik yar oldun azadlıq çırağına,

Ləkələnmiş tarixə məzar qazdın, şəhidim!




Qol açmışdı qəm-kədər vətən adlı yurduna,

Dar günündə can deyib yetişdin muradına,

Baş əydin varlığınla qələbənin adına,

Aslan təki düşmənin başın əzdin, şəhidim!




Cəsarətə bürünüb, mərdliyini qorudun,

Ərənliyin, soy-kökün birliyini qorudun,

Sən kişilik adında ərliyini qorudun,

Gəncliyin badəsinə qeyrət süzdün, şəhidim!




Bu vətən övladların səninlə öyünəcək,

İlham,İlqar qeyrətdə neçə qəlb döyünəcək,

Hər gələn nəsillərdə yeriniz görünəcək,

Tarixə öz adınla «Zəfər» yazdın, şəhidim!




Xalidə Nuray.20.01.2022




20 yanvar şəhidləri



Vətənimin yetmiş illik,

Buxovunu sındırdılar.

Azadlığın məşəlini,

Əbədilik yandırdılar.




Qanla yudu gecəsini,

Odlar yurdun igidləri!

Qaldırdılar haqq səsini,

20 yanvar şəhidləri!




Müstəqillik təməlini,

Yurdumuza ələdilər.

Öz şəhidlik adlarıyla,

Sabaha nur çilədilər,




Baş-bədəndən ayrılsa da,

Ayrılmadı yollarınız.

Ümüdiniz qırılsa da,

Əksilmədi vüqarınız.




İmam Hüseyn cahidləri,

Azadlığa can atdılar.

Qanla vətən torpağının,

Salnaməsin yaratdılar.




Buxovları qırıb atdız,

Tarixlərin şahidləri!

Cəsarətlə Vətən yazdız,

20 yanvar şəhidləri!




19.01.2018.

www.kafiye.net