Şeytanlar… Tanrıdan alıb.



Dünyaya göz açdım bir qış səhəri
Çatanda gecəyə baxıb ağladım.
Mənimlə doğuldu ömrün qəhəri,
Səsimi içimə qısıb ağladım.


Hələ də danışa bilmirəm dünya,
Arzular qalanıb yanır səssizcə.
Doğrunu danışan dilimi sıxıb,
Sözümü yeyirəm qəmlə gizlicə.


Yalanlar başyeyən Bayquşa dönüb,
Doğrunu danışan dilindən yeyir.
Əyninə qaradan don geyindirib,
Başına börk qoyub,böhtanlar deyir.


Ümidsiz insana yıxılan dünya,
Boğulan vicdana,boş məzar olub.
Adəm övladını aldadıb çoxdan,
Şeytanlar dünyanı Tanrıdan alıb.


Xalidə Nuray.03.12.2018.
www.kafiye.net