İsmayılova Xalidə Qələndər qızı. 1962-ci ildə Naxçıvan MR,Şərur rayonunun Oğlanqala kəndində. dünyaya göz açıb.1969-1979-cu ildə orta məktəbi,1981-1985-ci illərdə Yusif Məmmədəliyev adına ,Naxçıvan Dövlət Universitetinin İTPM fakültəsini bitirib.Bir neçə il orta məktəbdə müəllimə,5 il Bağça müdiri,2il Ali təhsil müəsisəsində(Ali Tətbiqi Elmilər Kollecində)müəllim işləyib.

2018-ci ildən “Azad qələm”qəzetinin redaktorudur.

2018 ci ildə”Xəyallarımın göz yaşı”adlı şeirlər və hekayələr kitabı,2019-cü ildə,İran İslam Respublikasının Təbriz şəhərində “Ruhum sızlayır”adlı şeir kitabı işıq üzü görüb. “Vərəqlərin günahı”adlı üçüncü şeir kitabı yeni çapdan çıxıb. Türkiyədə “Şairlerden bir demet” adlı,2-ci və 3-cü cild antalogiyada,Azərbaycanda Nəsiminin 650 illiyinə həsr olunan “Cahana sığmazam”adlı almanaxda,”Turana açılan könüllər”-3cild antalogiyasında şeirləri nəşr olunub. AJB-nin,Türkmen Edebiyyatçı və Yazarlar Birliginin,Orta Asiya Tarixçilər və Yazarlar Birliyinin üzvüdür.2019-cu ildə Türkiyədə”Elbistan” redaksiyası tərəfindən”2019-cu ilin EN-ləri”arasında yer alıb.2019-cu ildə Mərkəzi Asiyanın “YENİ AVAZ”Yazıçılar və Tarixçilər Birliyinin və Əmir-Teymur OBF-nun təsis etdiyi”TURAN BİRLİYİ”medalı ilə mükafatlandırılıb.2020-ci ildə Azərbaycan KİVİHİ-nin rəyasət heyətinin qərarı ilə “İLİN ŞAİRİ”Mediya mükafatı və 2021-ci il “Azərbaycan ziyalısı” fəxri diplomuna,2021-ci ildə “Qızıl qələm”,”Abdulla Şaiq “adına diploma,”İlin vətənpərvər şairi” diplomuna layiq görülüb.Şeirləri,hekayələri, məqalələri dövrü mətbuatda işıqlandırılir. Ailəlidir,üç övladı və dörd nəvəsi var.



Ana dilim

Qüdrətli Türk soyumuzun, daş yaddaşı,
Tarixləri silkələyən, nərəsidi.
Xətaidən nəsillərə miras qalan,
Qəhrəmanlıq səlnaməsi,
Xəlil Rza harayından,
Qopub gələn hür səsidi…
Haqsızlığı, cəhaləti, daşa basan,
Mirzə Cəlil dühasının,
Fəth olunmaz zirvəsidi…
Ana dilim!

Həsrət gözlü Təbrizimin can yarası…
Öz dilindən ayrı düşən
Dərbəndimin, Borçalımın,
Ruhunun tək qayəsidi…
Yenilməyən bir qala tək
Heydərbaba, Xan Arazın
Hicran adlı, ürəkyaxan naləsidi…
Ana dilim!

Anaların laylasından,
Süzülübdü ruhumuza,
Xanəminin zənguləsi,
Üzeyirin bəstəsidi …
Bülbüllərin Xarıgülə
Eşq ətirli nəğməsi tək,
Zülmətlərə nur ələyən,
Nizaminin Xəmsəsidi…
Ana dilim!

Mavigözlü Xəzərimdə
Dalğalanan ləpələrin zümzüməsi…
Ümmanlara qucaq açan,
Diləklərin nəşəsidi…
Fidanlara gilə-gilə
Həyat verən yaz yağmuru, söz günəşi…
Çeşməgözlü könüllərin
Dil həsrətli təşnəsidi…
Ana dilim!

17.05.2021-ci
ilXalide Nuray.
www.kafiye.net